Azərbaycanlı qız karate üzrə dünya çempionu oldu

VvftRObj62fqlF69fIAry0XfAsdbW5TAVfb4apN0 1200

Azərbaycanlı karateçi Şəfaqət Zeynallı dünya çempionu olub.

Globalinfo.az xəbər verir ki, Polşada keçirilən ənənəvi karate üslubu – fudokan üzrə 10-cu dünya çempionatında Qərbi Azərbaycanın Qarakilsə rayonunun Şəki kəndindən olan Şəfaqət Zeynallı böyük uğura imza atıb.

O, çempionatda çıxışı ilə seçilərək birinci yerin sahibi olub və qızıl medalla təltif edilib.