Azərbaycanlı qız Harvard Universitetinə qəbul olundu – FOTO

Bakı şəhəri 279 nömrəli tam orta məktəbin məzunu Qəndab Məmmədova Harvard Universitetinə qəbul olunub.

Globalinfo.az bildirir ki, bu barədə təhsil müəssisəsi öz sosial şəbəkə hesabında məlumat yayıb.

Q.Məmmədovanın 2022-23-cü tədris ilində məktəbin məzunu olduğu bildirilir.

Qeyd edək ki, Q.Məmmədova daha əvvəl bir sıra nüfuzlu beynəlxalq olimpiadaların qalibi olub. O, ötən il ABŞ-də Beynəlxalq Kopernik Olimpiadasının fizika və astronomiya üzrə qlobal mərhələsində Azərbaycanı təmsil edərək qızıl medal qazanıb. Təmsilçimiz Rays Universitetində təşkil edilən olimpiadada 29 ölkənin iştirakçısını qabaqlayaraq birinciliyi əldə edib.