Azərbaycanlı qadın Everesti fəth etdi – FOTO

everest

Vəfa Musayeva Azərbaycan idmanı tarixinə düşüb.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, o, Everest dağına qalxan Azərbaycanın ilk qadın alpinisti olub.

Vəfa bu uğuruna mayın 15-də imza atıb. O, dünyanın ən yüksək zirvəsini fəth edən 3-cü Azərbaycan alpinistidir.

2007-ci ildə İsrafil Aşurlı, 12 il sonra Vadim Vokryaçko buna nail olublar. Düzdür, daha iki azərbaycanəsilli idmançı Everestə yüksəlib. Amma buna 2013-cü ildə sevinən Murad Aşurlı Rusiya və ABŞ vətəndaşı kimi zirvəni fəth edib.

Everestə qalxan ilk azərbaycanəsilli qadın isə Elmira Aslanova olub. O, 2023-cü ildə Ukrayna vətəndaşı kimi bunu bacarıb.

Qeyd edək ki, hündürlüyü 8848 metr olan Everestə ilk dəfə 1953-cü ildə nepallı Tentsiq Norqey və yeni zelandiyalı Edmund Hillari çıxıblar.

vefa everest