Azərbaycanlı nazirdən qəribə xahiş

“Bu sorğuda iştirak edən media nümayəndələrinə təşəkkürümü bildirirəm. Amma xahiş edirəm, bir daha məni seçməyin (gülür). Belə mükafatları qəbul etmək mənim üçün çətindir. Çünki Gəncə və İdman Nazirliyinin bütün əməkdaşları kimi öz işimi görürəm”.

Globalinfo.az bildirir ki, bunu İdman Araşdırmalar Mərkəzinin “İlin Qalibləri-2022” layihəsində ilin idman xadimi adına layiq görülən gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir sorğuda jurnalistlərin çoxunun ona səs verməsini təəccüblə qarşıladığını bildirib: “Çünki idman naziriyəm və bu, mənim işimdir. Düzünü desəm, mükafatlandırma mərasiminə gəlmək istəmirdim (gülür). Amma sonra mənə dedilər ki, bu, jurnalistlərin seçimidir”.