Bakı–Quba yolunda yük avtomobilinin vuraraq öldürdüyü şəxs müğənni Kamil Sərməsovdur.
Globalinfo.az bildirir ki, Baş DYP İdarəsinin inspektoru polis kapitanı Elvin Hacıyevin “Report”un yerli bürosuna verdiyi məlumata görə, Saray qəsəbəsi ərazisində Daşkəsən rayon sakini 1979-cu il təvəllüdlü Sabir Əhməd oğlu Səmədovun idarə etdiyi “MAN” markalı 60 AC 426 nömrəli yük avtomobili ilə “Lexus”markalı 77 GE 211 nömrəli abtomobil və yanında dayanmış sürücüsü, 1983-ci il təvəllüdlü Kamil Əlövsət oğlu Sərməsovu vurub.
Hadisə nəticəsində Kamil Sərməsov yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
X X X
Müğənni Kamil Sərməsov faciəli hadisə nəticəsində həyatını itirib.
Globalinfo.az Nocomment.az-a istinadən bildirir ki, bu barədə mərhumun sənət yoldaşları məlumat veriblər.
Bildirilib ki, sənətçi KamAZ markalı yük avtomobilinin altında qalaraq dünyasını dəyişib.
Hadisənin hansı şəraitdə baş verdiyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Allah rəhmət eləsin.
Video Patrul.az-a məxsusdur
