Azərbaycanlı lüğətşünas alim vəfat etdi – FOTO

Azərbaycanlı lüğətşünas alim, ingilis dili mütəxəssisi, filologiya elmləri doktoru, professor Oruc Musayev 94 yaşında vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Qeyd edək ki, O.Musayev 1929-cu ildə indiki Şəmkir rayonunun Dəlləkli kəndində anadan olub. O, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Hind-Avropa dilləri şöbəsinin müdiri idi.