avt 09

Çex Respublikası azərbaycanlı kriminal avtoritet Polad Ömərov ABŞ-a ekstradisiya edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

polad omerov 1

Qeyd edək ki, 2022-ci ildə Vaşinqton Azərbaycan əsilli Gürcüstan vətəndaşı Polad Ömərovu və daha iki nəfəri ABŞ-da yaşayan iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejada sui-qəsddə ittiham etmişdi.

Beynəlxlaq axtarışa verilən Polad Ömərov 2023-cü ilin yanvarında Çex Respublikasında order əsasında həbs edilib və iyul ayında onun ABŞ-a ekstradisiyası haqqında əmr imzalanıb.

Paylaş: