Azərbaycanlı iş adamının qətli ilə bağlı mühüm detal – VİDEO

Rusiya Federasiyasının Moskva vilayəti üzrə İstintaq İdarəsi Balaşixada iş adamının qətlə yetirildiyi yerdən videogörüntü nümayiş etdirib. Görüntülər rəsmi teleqram kanalında yayımlanıb.

Globalinfo.az lent.az-a istinadən bildirir ki, görüntülərdə qətlin baş verdiyi yer və meyitin hələ də orada olduğu görünür. Müstəntiqlər hadisə yerindədir.

Ölən şəxs ərzaq mağazasının sahibi 61 yaşlı Nazim Əhmədovdur. Qatil onu sinəsindən və başından vurub. Versiyalardan birinə görə, qətli Azərbaycanda yaşayan məşuqəsi sifariş verib. Qətl zamanı kişinin rəsmi arvadı yaxınlıqda olub – o, maşında əyləşib. Qatil ona atəş açsa da, qadın qaçıb.

***14:31

Moskva ətrafında Balaşixada aprelin 20-də azərbaycanlı iş adamı Nazim Əhmədov öldürülüb.

Globalinfo.az “Report”a istinadən verdiyi xəbərə əsasən, 61 yaşlı iş adamı ona məxsus olan “Yunis” adlı mağazaya yaxın parklanma yerində qətlə yetirilib.

Bildirilir ki, parklanma yerində onu qara geyimdə olan naməlum şəxs gözləyib və Nazim avtomobilindən çıxan kimi ona atəş açılıb.

Hadisə iş adamının həyat yoldaşının gözü qarşısında baş verib.

N.Əhmədovun qohumları jurnalistlərə danışıblar ki, bundan əvvəl də onu ölümlə təhdid ediblər.

Məlumatda bildirilir ki, N.Əhmədov və onun həyat yoldaşı 2010-cu ildən “Yunis” adlı mağazanı idarə ediblər.