Ermənistana neçə hərbçimiz keçib? – İrəvan açıqladı

“Azərbaycan tərəfindən Ermənistan sərhədini iddia edildiyi kimi iki deyil, bir hərbçi keçib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Milli Müdafiə və Təhlükəsizlik Məsələləri Komitəsinin sədri Andranik Köçəryan deyib.

O, hərbçinin Azərbaycana təhvil verməsi məsələsinə daha sonra baxılacağını bildirib:

“Tezliklə İstintaq Komitəsi ona qarşı hansı maddələrin irəli sürüləcəyini açıqlayacaq. Onun üzərində silah vardı, bu səbəbdən müxtəlif maddələrlə ittiham oluna bilər. Yalnız bundan sonra hərbçinin Azərbaycana qaytarılması üçün danışıqlar aparıla bilər. Çünki bizim də Azərbaycanda məhbuslarımız var. Sərhəddən keçmək üçün bir neçə yerdə boşluq var. Lakin əsas məsələ sərhədi keçən şəxsin o anda dərhal zərərsizləşdirilməsidir. Bu məsələdə diqqətli olmalıyıq”.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi əsgər Pənahov Ruslan Eldəniz oğlunun Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azdığına dair məlumat yayıb.

Ayşən Mustafa
Globalinfo.az