Qazaxıstanın Aktau şəhərində 24 yaşlı Əliyev Rüstəm Rafiq oğlu 4 gün öncə Xəzər dənizində batıb.
Globalinfo.az-ın əldə etdiyi məlumata görə, Rüstəmin nəşi bu gün tapılaraq ailəsinə təhvil verilib.
Azərbaycanın Aktau şəhərindəki baş konsulluğu məlumatı təsdiq edib.
“Bəli, 4 gün öncə Əliyev Rüstəm dənizdə boğulub. Amma təəssüflər olsun ki, onun cansız bədəni bu gün tapılıb. Baş konsulluq və Aktauda yaşayan azərbaycanlılar adından mərhumun yaxınlarına başsağlığı veririk”, – deyə konsulluqdan bildirilib.
Qeyd edək ki, Rüstəm ailəsi ilə birlikdə uzun illərdir Aktauda yaşayırdı. Gəncin nəşi sabah Vətənə gətiriləcək.

Zaira Akifqızı
Globalinfo.az