
İspandilli ölkələr üzrə mütəxəssis Mahir Qurbanov, Argentinanın dövlət kanalı C5N – də İran tərəfindən Azərbaycan dövlətinə və ərazisinə qarşı hücumun detallarını təhlil edib.
Globalinfo.az bildirir ki, Mahir Qurbanov çıxışı zamanı Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövlətinin pilotsuz uçuş aparatları ilə atəş altına alması, hücumun hədəfinin mülki obyektlər olması, habelə Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası və kənd məktəbinin İran tərəfindən atəşə məruz qalması barədə ətraflı məlumat verib
Mütəxəssis, martın 5-də Prezidentİlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasının keçirildiyini də vurğulayıb.
M.Qurbanov onu da qeyd edib ki, Azərbaycan dövləti nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, Azərbaycanın mövqeyidir.
Canlı yayım zamanı, regionda olan aktual vəziyyət haqqında da fikir mübadiləsi aparılıb.