Azərbaycanlı döyüşçü rəqibini nokauta saldı – VİDEO

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri “Rizin” Döyüş Federasiyasının Bakıda təşkil etdiyi “Landmark 7” turnirində öz güclərini sınayıblar. 

Globalinfo.az xəbər verir ki, Nəriman Abbasov, Tofiq Musayev və Vüqar Kərəmov da keçirilən döyüş gecəsində mübarizə aparıblar.

Yaponiya təmsilçisi Toji Takeda ilə döyüşən Tofiq Musayev üçüncü raundda rəqibinə nokautla qalib gəlib.

Vüqar Kərəmov yaponiyalı Çihiro Suzukiyə, Nəriman Abbasov isə rusiyalı Ali Abdulxalikova məğlub olub.

Həmin görüntüləri təqdim edirik:

 Globalinfo.az