Azərbaycanlı deputatdan maraqlı çıxış: “O seçilsə, qurban kəsəcəm!”

“Bu gün qardaş Türkiyədə tarixi prezident və parlament seçkiləri keçirilir. Gəlin dua edək ki, Türkiyəni dünyanın ən güclü dövlətlərindən birinə çevirən, planetimizdə söz sahibi edən, Vətən müharibəsində tarixi Zəfərimizin təminatında müstəsna rol oynayan Rəcəb Tayyib Ərdoğan qalib gəlsin”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “zəmanəmizin Atatürkü” adlandırıb:

“Bu gün axşam radələrində qələbə münasibətilə bir-birimizə gözaydınlığı verək. Artıq qurban boyun almışam. Allah qəbul etsin. Amin!”

Zaira Akifqzı
Globalinfo.az