“Pastinfo”nun məlumatına görə, azərbaycanlı çoban üç gün əvvəl Ermənistan ərazisinə keçib, lakin aidiyyəti qurumlar bu barədə məlumatı gizlədiblər.
“Çoban Hərbi Polis İdarəsində saxlanılırdı. Onun hazırda Azərbaycana qaytarıldığı, yoxsa hələ də Ermənistanda olduğu məlum deyil. Məlumatlı mənbələrimiz azərbaycanlı çobanın Berd icmasının Mehrap hərbi hissəsi istiqamətindən Ermənistana keçdiyini bildiriblər.
***
Ermənistanın Berd icmasından bildirilib ki, azərbaycanlı çobanı ağ bayraqla Ermənistan tərəfinə keçib.
“Onun əqli problemləri var və artıq Berddən İrəvana köçürülüb”, – icmanın üzvlərinin iddiasında deyilir.
Azərbaycan Dövlət Sərhəd Xidmətindən Modern.az-a bildirilib ki, qurumun xidməti ərazisində belə hadisə baş verməyib.
***11:51
Azərbaycanlı çobanın Ermənistan ərazisinə keçdiyi deyilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın “NewsTV5” nəşri məlumat yayıb.
İddia edilir ki, həmin şəxs hazırda Berd rayonunun hərbi polisində saxlanılır.
Ermənistan Müdafiə Nazirliyi hələlik məsələyə şərh verməyib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti də hazırda belə bir məlumata malik olmadıqlarını açıqlayıb.
Yerli kənd icma liderləri isə havanın dumanlı və yağışlı olduğunu, azərbaycanlının meşələrdən keçərək gəldiyini deyiblər.
Əliyar Xəlil
Globalinfo.az