Almaniyada azərbaycanlını vəhşicəsinə döyərək öldürdülər – FOTO

Almaniyada Əhliman adlı azərbaycanlı qətlə yetirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə sözügedən ölkədə yaşayan həmyerlilərimiz sosial şəbəkədə yazıblar.

Bildirilib ki, paytaxt Berlindəki kafelərdən birində moldovalı şəxslər digər masada əyləşən türkləri rus dilində söyüblər. Bu məqamda Əhliman onlara irad bildirib. Mübahisə davaya çevrilib və moldovalılar ona hücum edərək ağır xəsarətlər yetiriblər.

Əhliman xəstəxanaya yerləşdirilib, lakin həyatını xilas etmək mümkün olmayıb.

Almaniyada türkləri söyənlər azərbaycanlını döyüb öldürdülər