Azərbaycanlı alim, fəlsəfə doktoru və MBA dərəcəli mütəxəssis Rüstəm Hacıyev (Rustam Hajiyev, Ph.D., MBA) ABŞ-ın nüfuzlu “Bethel College” təhsil müəssisəsində Dosent (Associate Professor) və “İdman Menecmenti” (Sport Management) proqramının direktoru vəzifəsinə təyin olunub.
Globalinfo.az xəbər verir ki, Rüstəm Hacıyev bunun elmi fəaliyyətində yeni və həyəcanverici bir mərhələ olduğunu bildirib.
O, ona göstərilən etimada görə ali təhsil müəssisəsinin rəhbərliyinə və dəstək olan müəllimlərinə təşəkkürünü ifadə edib.