648b387d8c6ed648b387d8c6ee1686845565648b387d8c6e8648b387d8c6ea


Azərbaycan və Rusiya Baş prokurları arasında Rusiyanın Sankt-Peterburq şəhərində görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Baş Prokurloğunun saytında məlumat yerləşdirilib.

Bildirilib ki, İqor Krasnov və Kamran Əliyev Sankt-Peterburqda işgüzar görüş keçirib. Görüşdə çıxış edən Rusiya Baş prokuroru qeyd edib ki, iki dövlətin iqtisadiyyatının yaxınlaşması, ticarət dövriyyəsinin artması və birgə biznes layihələri nəzərə alınmaqla, biznesin inzibati təzyiqlərdən qorunması, investorların və sahibkarların hüquqlarına riayət olunmasının təmin edilməsi məsələləri diqqət mərkəzindədir.

 

İqor Krasnov ölkələr arasında elm və təhsil sahəsində əldə edilmiş razılaşmaların fəal şəkildə həyata keçirildiyini də bildirib

 

Bakıdakı rus qəbirlərinin dağıdılmasının araşdırılması istiqamətində Azərbaycan prokurorluğu tərəfindən aparılan işlərə görə Rusiyanın baş prokuroru tərəfindən təşəkkür sözləri ifadə olunub. “Nəticədə hadisəni törədən şəxs müəyyən edilərək məsuliyyətə cəlb edilib. Azərbaycanın dağıdılmış məzarları tez bir zamanda bərpa etməsi ölkənin humanizm, etnik və sosial bərabərlik prinsiplərinə qeyd-şərtsiz sədaqətindən xəbər verir və təbii ki, biz bunu ölkəmizə hörmətin təzahürü kimi qiymətləndiririk”, – deyə Rusiya Baş prokuroru vurğulayıb.

 

Görüşün sonunda Rusiya və Azərbaycanın baş prokurorları 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı imzalayıblar. Sənəddə əhalinin sosial cəhətdən həssas kateqoriyalarının müdafiəsi, rəqəmsal maliyyə aktivlərinin, o cümlədən kriptovalyutaların xaricə qanunsuz ötürülməsinə qarşı mübarizə, prokurorluq orqanlarının fəaliyyətində müasir texnologiyaların tətbiqi, habelə hərbi prokurorların nəzarət fəaliyyəti əks olunub.

648b389667fbc648b389667fbd1686845590648b389667fba648b389667fbb

Paylaş: