“Hazırda Azərbaycanla sülh əldə etmək şansımız var”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, Azərbaycanla sülh prosesi istiqamətində danışıqların davam etdiyini bildirib.
“Biz Cənubi Qafqazda sabitliyi və sülhü möhkəmləndirmək üçün prosesi davam etdiririk. Tərəflər arasında bir sıra problemlər var. Lakin bu məsələlərdən bəzilərinin həlli üçün Azərbaycanla razılıq əldə olunub”, – Mirzoyan qeyd edib.
Ayşən Mustafa
Globalinfo.az