pasinyan yeni 4

“Ermənistanla Azərbaycan arasında davamlı sülhün bərqərar olması mümkündür və realdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” beynəlxalq forumunda çıxışı zamanı deyib.

O, İrəvanın sülh gündəminə sadiq qaldığını bildirib:

“Bütün təxribatlara baxmayaraq, Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq. Biz mövcud vəziyyəti və region xalqlarının taleyini tamamilə dəyişdirəcək sülh müqaviləsinin, o cümlədən digər müvafiq sənədlərin imzalanması üçün Azərbaycanla məsləhətləşmələrə hazırıq”.

Paşinyanın sözlərinə görə, Ermənistan bu istiqamətdən ona bağlı olan bütün öhdəlikləri yerinə yetirəcək.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: