Azərbaycanın yurtası qalib oldu – FOTO

Novruz bayramı ərəfəsində Qazaxıstanın Aktau şəhərində dənizkənarı bulvarda Baş Konsulluq və Azərbaycan icması tərəfindən qurulan yurta (qazax çadırı) ən yaxşı yurta seçilib.

Bu barədə Globalinfo.az-a Azərbaycanın Aktaudakı konsulluğundan bildirilib.

Məlumata görə, Baş Konsulluq və Azərbaycan icması milli ornament, eləcə də qarışıq türk təamları və əyləncəsi ilə ən yaxşı yurta seçilməsi münasibətilə şəhər icra hakimiyyətinin müavini tərəfindən mükafatlandırılıb.

Zaira Akifqızı
Globalinfo.az