SON DƏQİQƏ! Xankəndi ətrafında nələr baş verir? – YENİLƏNDİ

***
13:28

Ermənistan KİV-ləri Azərbaycanın Xankəndi şəhərində antiterror əməliyyatı keçirdiyini iddia ediblər.

Globalinfo.az xəbər verir ki, Xankəndidə yaşayan ermənilər şəhər ətrafından güclü silah səslərinin gəldiyini deyiblər.

Erməni tərəfi iddia edir ki, insident nəticəsində bir separatçı ölüb, biri isə yaralanıb.

Qeyd edək ki, Azərbaycan mənbələri Ordumuzun silahı müqavimət göstərən separatçını məhv etdiyini açıqlayıb. Bununla yanaşı, hər hansı irimiqyaslı əməliyyatın keçirilmədiyi bildirilir. Həmçinin “Caliber” yazır ki, əməliyyat zamanı separatçılıqla məşğul olan və təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan öldürülüb.