Azərbaycanlı vəkil səngərdən sübut göstərdi, ermənilər susdu – FOTO

Aprelin 17-də BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı ittiham işi üzrə dinləmələr keçirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Aravot” nəşri məlumat yayıb.

Dinləmələr çərçivəsində Azərbaycan tərəfinin mövqeyini müdafiə edən vəkil ermənilərin yalanını ifşa edib.

Məlumata görə, Ermənistan nümayəndələri Qarabağda əməliyyatlar zamanı Azərbaycan Ordusu tərəfindən guya mülki şəxsin saxlanıldığını iddia edib, xüsusən Livan əsilli erməni Vigen Euljekyanın adını çəkiblər.

Azərbaycanın mövqeyini müdafiə edən vəkil isə həmin şəxsin 2020-ci il 5 oktyabrda, yəni döyüşlərin davam etdiyi müddətdə hərbi geyim və silahla cəbhə xəttində çəkilmiş fotosunu təqdim edərək, hərbçi olduğunu sübuta yetirib.

Azərbaycan nümayəndəsinin çıxışı Ermənistanda müzakirələrə səbəb olub. Onun faktlarla çıxışından sonra erməni nümayəndələrinin reaksiyasız qaldığı deyilir.

Xatırladaq ki, Livan ermənisi Vigen Euljekyan 2020-ci ildə imzalanmış 10 noyabr tarixli bəyanatdan sonra Qarabağda saxlanılıb. O, Azərbaycan ərazisinə qanunsuz daxil olub və müharibədə Ermənistan tərəfindən iştirak edib. Saxlanıldıqdan sonra Vigen Euljekyan 20 il müddətinə azadlıqdan məhrum edilib.

Ayşən Mustafa
Globalinfo.az