692f237ba47bb692f237ba47bc1764696955692f237ba47b9692f237ba47ba

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə İranın xarici işlər nazirinin müavini Vahid Cəlalzadə, XİN-in Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri və Avrasiya İdarəsinin baş direktoru Mənuçehr Muradi ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinin “X” hesabında məlumat verilib.

Səfir Əli Əlizadə görüş zaman Azərbaycan Respublikasının Təbrizdəki yeni baş konsulu Taleh Zöhrabovu onlara təqdim edib.

Keçirilən görüşlərdə həmçinin, ikitərəfli əlaqələrə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

İran XİN-in Protokol İdarəsinin baş direktoru Əli Əkbər Nəzəri ilə keçirilən görüş zamanı baş konsul Taleh Zöhrabov konsul patentini ona təqdim edib.

692f237bb0d9e692f237bb0d9f1764696955692f237bb0d9b692f237bb0d9c 692f237bd0cdc692f237bd0cdd1764696955692f237bd0cd9692f237bd0cdb 692f237bdbd17692f237bdbd181764696955692f237bdbd15692f237bdbd16

Paylaş: