images 9 1

İranın Qərbi Azərbaycan Əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Urmu gölün suyundakı rəng dəyişikliyinə münasibət bildirib.

Globalinfo.az “Gunaz.tv”yə istinadən xəbər verir ki, o bu vəziyyətin göldə duzluluğun artması və ekoloji şəraitin dəyişməsi ilə əlaqəli ola biləcəyini deyib.

Mütəxəssislərin əvvəlki araşdırmalarına görə, Urmu gölündə suyun səviyyəsinin azalması duzluluğun artmasına səbəb olur. Yüksək duzluluq isə bəzi mikroorqanizmlərin, o cümlədən duzsevər yosun və bakteriyaların artmasına şərait yarada və suyun qırmızı və narıncı rəng almasına səbəb ola bilər.

Urmu gölünün qırmızı rəngə çevrilməsi ilk dəfə müşahidə olunan hadisə deyil. Gölün ekoloji vəziyyətinin pisləşməsi və suyun azalması son illərdə duzluluğun kəskin artması ilə nəticələnib.

245e413ec8085bdef35e

Paylaş: