Rusiya Azərbaycana nota verdi – VİDEO

NOTA

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevə şifahi nota təqdim edib.

Globalinfo.az xəbər verir ki, notada rusiyalı jurnalistlərin dərhal azad olunması tələb olunur.

***11:39

Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinin binasını tərk edib.

Globalinfo.az xəbər verir ki, səfir Rəhman Mustafayev bir saat sonra XİN-in binasını tərk edib.

***10:47

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinin Smolenskaya meydanındakı binasına gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya XİN dünən bildirmişdi ki, səfir “Bakının qeyri-dost hərəkətləri və rusiyalı jurnalistlərin qanunsuz həbsi ilə bağlı” çağırılıb.

Qeyd edək ki, ötən gün DİN “Sputnik Azərbaycan“ın ofisində əməliyyat keçirib və FTX-nin iki agentini saxlayıb.