670036b630057670036b6300581728067254670036b630053670036b630055

Azərbaycan Respublikasının Rusiya Federasiyasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla görüşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, görüşdə Lavrov Azərbaycan səfirinə fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra R. Mustafayev Rusiya Federasiyasının Xarici İşlər Nazirinin müavini Mixail Qaluzinlə görüşüb. Söhbət zamanı Rusiya-Azərbaycan münasibətlərinin mütərəqqi inkişafı vurğulanıb, ikitərəfli gündəliyin bəzi aktual mövzuları müzakirə edilib.

Azərbaycan səfiri etimadnaməsinin sürətini Rusiya XİN başçısının müavininə təqdim edib.

Ən yaxın dövlətlərarası təmasların cədvəli nəzərdən keçirilib.

Paylaş: