2e7f2b7b 045b 3318 933b d535c8a9e006 850.jfif

Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov improvizə olunmuş memorial önünə gül dəstələri qoyub, Moskva vilayətində törədilmiş terror aktı zamanı həlak olanların Xatirə kitabına başsağlığı və dəstək ifadələrini qeyd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Baş Konsulluğunun mətbuat xidmətindən məlumat verilib.

Sankt-Peterburqda Rusiya Milli Kitabxanasının binasının qarşısında ümummilli matəm günü vətəndaşların “Krokus Siti Holl”da həlak olanların xatirəsinə gül gətirdikləri yer təşkil edilib. Kitabxana binasının özündə “Kədər kitabı” açıqdır.

Paylaş: