Zakir Həsənov Çində onunla görüşdü

Çin Xalq Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunun açılış ziyafətində iştirak edib.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Ziyafət çərçivəsində general-polkovnik Z.Həsənov Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini general-polkovnik Can Yousia ilə görüşüb.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

***12:31

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 10-cu Pekin Syanşan Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasında işgüzar səfərdədir.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyindən xəbər verilib.

Səfər çərçivəsində müdafiə nazirinin Çinin hərbi rəhbərliyi ilə görüşü, eləcə də bu ölkənin müdafiə sənayesi kompleksinə daxil olan bir neçə şirkətlərini ziyarəti nəzərdə tutulur.

Keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır