Azərbaycanın məşhur fotoqrafı vəfat etdi

Tanınmış fotoqraf Asim Talıb (Asim Baku) vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıblar.

Qeyd edək ki, A.Talıb 1948-ci ildə anadan olub.

Onun 1985-ci ildə Kəlbəcərdə çəkdiyi “Qoca” adlı fotosu 2013-cü ildə təşkil olunmuş “Azerbaydjan v obyektive” adlı müsabiqədə birincilik qazanıb.

Ayşən Mustafa
Globalinfo.az