Azərbaycanın Kahramanmaraşda gördüyü işlər “Haber Global”da – VİDEO

Türkiyənin “Haber Global” telekanalının əməkdaşı Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə görülən işlərlə tanış olub.

Globalinfo.az-ın xəbərinə görə, jurnalist qeyd edib ki, ümumi sahəsi 32 hektar olan “Azərbaycan məhəlləsi”ndə inşa işləri sürətlə aparılır.

“Zəlzələdən dərhal sonra Türkiyəyə ilk dost əlini uzadan ölkə Azərbaycan oldu. Qardaş ölkə təkcə axtarış-xilasetmə işlərinə deyil, yenidənqurma prosesinə də sürətlə qoşuldu. Hazırda dayandığımız nöqtədə işlər sürətlə davam edir. Layihəyə əsasən, məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir”, – deyə jurnalist qeyd edib.