Azərbaycanın Tehrandakı səfirliyinə basqın edən şəxslə bağlı məhkəmə qərarı icra olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Məhkəmə Sistemi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən şəxs edam edilib.
“Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən İran vətəndaşı Yasin Hüseynzadənin edam cəzası bu gün səhər saatlarında icra edilib”, – KİV yazıb.
Xatırladaq ki, hadisə 27 yanvar 2023-cü ildə Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.