Azərbaycanın İnterpola verdiyi şəxs Rusiyada tutuldu

Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi şəxslərdən biri tutulub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunan 1992-ci il təvəllüdlü Elnur Salamzadə Rusiya Federasiyası ərazisində saxlanılıb.

Onun Azərbaycana ekstradisiya edilməsi məqsədilə tədbirlər görülür.

Qeyd edək ki, E.Salamzadə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə axtarışa verilib