64a985145c99b64a985145c99c168883125264a985145c99864a985145c999

Qazaxıstanın Astana şəhərində “Astana – mədəniyyət karvanı” adlı birinci beynəlxalq hərbi-musiqi festivalının başa çatması münasibətilə təntənəli bağlanış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, “Barıs Arena” buz sarayında keçirilən mərasimdə iştirakçı ölkələrin solistlərinin hərbi orkestrlərin müşayiəti ilə ifa etdiyi musiqilər, təqdim olunan hərbi marşlar və milli rəqslər tamaşaçıların böyük marağına səbəb olub.

Qeyd edilib ki, Astana şəhərinin 25 illiyinə həsr olunan festivalda ölkəmizi Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi təmsil edib.

64a985147b18364a985147b184168883125264a985147b18064a985147b181 64a98514721e464a98514721e5168883125264a98514721e264a98514721e3 64a985146725164a9851467252168883125264a985146724e64a9851467250 64a98514521f264a98514521f3168883125264a98514521f064a98514521f1 64a9851448a8764a9851448a88168883125264a9851448a8564a9851448a86 64a985143c45164a985143c452168883125264a985143c44b64a985143c44e 64a984a357bfa64a984a357bfb168883113964a984a357bf764a984a357bf9

Paylaş: