Azərbaycanın ən yaşlı kişi seçicisinin 109 yaşı var

Azərbaycanda ən yaşlı kişi seçicinin 109 yaşı var.

Globalinfo.az secki-2024.az-a istinadən xəbər verir ki, o, 1915-ci il təvəllüdlü Hilal İsa oğlu İbrahimovdur.

Həmin seçicinin adı 29 saylı Sabunçu dördüncü seçki dairəsinin 37 saylı məntəqə seçki komissiyasının seçici siyahısındadır.

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.