Azərbaycanın cüdo tarixində bir ilk – FOTOLAR

Dekabrın 2-i Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirinin ilk yarış günündə -73 kq. çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Hidayət Heydərov qızıl medal qazanıb.

Globalinfo.az xəbər verir ki, Hidayət final görüşündə Yaponiya təmsilçisi Soiçi Haşimotoya qalib gəlib.

Belə ki, Azərbaycan cüdo tarixində ilk dəfə Yaponiyada Azərbaycan himni səsləndirilib.