Azərbaycanın axtarışa verdiyi şəxslər Türkiyədə belə saxlanıldı – VİDEO

18 ölkənin İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 56 nəfər Türkiyənin 11 bölgəsində eyni anda keçirilən əməliyyatla saxlanılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya “X” hesabında məlumat yayıb.

Nazir ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışa verilən şəxslərin “QƏFƏS-28” əməliyyatı çərçivəsində saxlanıldıqlarını bildirib.

Onların çirkli pulların yuyulması, imiqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq və s. cinayət əməllərinə görə axtarışa verildiyi bildirilib.