Azərbaycanın aparıcı şahmatçıları bu səbəbdən millidən kənarda qala bilərlər

Azərbaycanın aparıcı şahmatçıları 2024-cü ildə milli komandaya düşməyə bilərlər.

Globalinfo.az xəbər verir ki,  bu barədə FİDE-nin vitse-prezidenti Mahir Məmmədov məlumat verib.

O bildirib ki, Azərbaycan milli komandasının oyunçuları arasında klassik şahmat üzrə təcrübənin olmaması komandanın səviyyəsinə mənfi təsir göstərir.

Qərara alınıb ki, milli komanda üzvləri noyabrın 1-dən iyulun 1-dək ən azı 18 klassik oyun keçirməlidir.

Son vaxtlar klassik partiyaları çox az oynayan ölkənin aparıcı qrossmeysterləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun komandadan kənarda qalması ilə nəticələnə bilər.

Qeyd edək ki, Teymur Rəcəbov  bir il əvvəl klassik oyun keçirib.