Azərbaycanın aldığı hərbi təyyarənin özəlliyi – Maraqlı faktlar

“C-27J Spartan” təyyarələrinin alınmasının əsas səbəbi Azərbaycan ordusunun logistik imkanlarının artırılmasıdır”.

Bu sözləri Globalinfo.az-a hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın İtaliyadan alacağı hərbi təyinatlı “C-27J Spartan” təyyarələri haqda danışarkən deyib.
Onun sözlərinə görə, “C-27J Spartan” təyyarələri İtaliya-ABŞ birgə istehsalıdır və taktiki hərbi nəqliyyat sinfinə aiddir:

“1999-cu ildə ilk uçuşlarını həyata keçirən “C-27J Spartan” təyyarələri 2022-ci ildə 87 ədəd sifariş edilib. Bunlardan iki ədədini də məhz Azərbaycandan sifariş edib.

Bu təyyarənin alınması Azərbaycanın hərbi daşımaları üçün nəzərdə tutulub. Ümumilikdə isə təyyarənin arsenalımıza daxil edilməsi modernləşdirmə proqramının bir hissəsidir.

Ekipajı iki nəfərdən ibarət olan təyyarə 60 nəfərlik heyəti, 46 nəfər xüsusi təyinatlını, 36 yaralını xərəklər və 6 müşahidəçi ilə birlikdə daşımaq potensialına malikdir. Bundan başqa 11.5 ton yükü hərbi texnika ilə birlikdə daşıya bilir.

Təyyarənin uzunluğu 22.7, qanad uzunluğu isə 28.7 mm-dir. Ümumi hündürlüyü isə 9.65 metrdir.

“C-27J Spartan” təyyarələrini NATO üzvü olan ölkələr, eləcə də Mərakeş, Peru, Türkmənistan və CAD istifadə edir. Bir ədədin dəyəri 533 milyon dollardır.
Rəsmi Bakı bu təyyarələri alaraq ordunun logistik imkanlarını artırmağı hədəfləyir”.

Turan Rzayev
Globalinfo.az