Britaniya hökuməti yaxın bir neçə həftə ərzində İran İslam İnqilabı Keşikçilər Korpusunu terror təşkilatı elan etmək niyyətindədir.
Globalinfo.az xəbər verir ki, bu məlumatı “Teleqraf” qəzeti öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, bu qərarı artıq Britaniya daxili işlər naziri Suella Braverman və onun müavinləri, təhlükəsizlik naziri Tom Tuqendxat dəstəkləyib. Qəzet SEPAH-ın terror təşkilatı kimi tanınacağı halda onun simvolikasının ölkədə daşınması və fəaliyyətinin dəstəklənməsinin tam qadağan ediləcəyini vurğulayıb.
Qeyd edək ki, SEPAH 2019-cu ildə ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb. Britaniya kəşfiyyat orqanları keçən ilin sonlarında bu təşkilatın London üçün təhdidə çevrilməyə başladığını iddia ediblər.
Xatırladaq ki, SEPAH son zamanlara Azərbaycana qarşı təhdid siyasəti yürüdür.
Aqşin
Globalinfo.az