Azərbaycanı kartofla ən çox bu rayonlar təmin edir – SİYAHI

Bu ilin yanvar-oktyabr aylarında ölkə üzrə ümumilikdə 989,3 min ton kartof yığılıb.

Globalinfo.az bildirir ki, Fed.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.

10 ay ərzində ən çox məhsul Şəmkir rayonundan yığılıb – 188,6 min ton.

İkinci yerdə 171,5 min tonla Cəlilabad rayonu qərarlaşıb.

Tovuz rayonunda isə 160 min ton kartof yığılıb.

Ən çox kartof yığılan rayonlardan biri də Gədəbəy rayonu olub – 105,5 min ton.

Qazax rayonunda isə əkin sahələrindən 45,5 min məhsul yığılıb.

Ən az məhsul yığılan rayonlar isə Sumqayıt şəhəri (5 ton) və Şirvan şəhəri (9,3 ton) olub.

Məlumat üçün qeyd edək kl, işğaldan azad olunmuş Şuşa, Xocavənd, Zəngilan rayonları da məhsul yığılan rayonlar sırasındadır.