Azərbaycanı dəstəkləməyə davam edəcəyik – Türkiyə MN

“Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə Nazirinin (MMN) sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, Türkiyə ordusu Şimali Kipr Türk Respublikası, Liviya, Kosova, Azərbaycan, Qətər, Somali kimi dost və qardaş ölkələrin yanında olmağa davam edəcək.

Z.Aktürk bir daha Azərbaycanın Milli Dirçəliş Gününü təbrik edib.