1748112537 qi2

İranın tanınmış kinorejissoru Cəfər Pənahi 15 ildən sonra ilk dəfə olaraq Kann Beynəlxalq Film Festivalında iştirak edib.

Globalinfo.az bildirir ki, Azərbaycanəsilli rejissor Kann Festivalının əsas mükafatı Qızıl Palma Budağını qazanıb.

Pənahi festivalda əsas mükafat uğrunda yarışan yeni filmi — “Sadəcə bir qəza idi”  ( “It Was Just an Accident”) ilə çıxış edib.

Film avtomobil qəzasından sonra dustaq həyatı yaşayan bir şəxsin həbsxanadakı ağır həyatından bəhs edir.

O bildirib ki, bu filmdə ədalətsizliyi göstərmək üçün yumordan istifadə edib.

5300817378407478176 kann 1748112572 qi1

***

78-ci Kann Beynəlxalq Film festivalında ən yaxşı film mükafatını alarkən iranlı rejissor, dissident Cəfər Pənahi maraqlı bəyanatlar səsləndirib.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, C.Pənahi iranlıları fikir ayrılıqlarını bir kənara qoyub azadlıq üçün çalışmağa çağırıb.

O deyib: “Düşünürəm ki, dünyanın hər yerində – İranda və ya xaricdə – bütün iranlılara, hətta fərqli düşünən insanlara belə, bir xahişlə müraciət etməyin zamanıdır. Gəlin bütün problemləri, bütün fərqləri bir kənara qoyaq. Hazırda ən önəmlisi ölkəmiz və ölkəmizin azadlığıdır.”

2010-cu ildə film çəkməyinə qadağa qoyulan və iki dəfə həbs olunan C.Pənahi deyib ki, kino azad ifadə məkanı olmalıdır.
Rejissor bildirib: “Heç kimin sizə nə edib-etməməli olduğunuzu söyləməyə haqqı yoxdur”.

O, 2023-cü ildə ona qarşı səyahət qadağası aradan qaldırılıb. Beləliklə, C .Pənahi son 15 ildə ilk dəfə Kannda olub.

Rejissor söyləyib: “Kann daha böyük səhnədir və onun özünəməxsus keyfiyyətləri var, amma mənim ən çox istədiyim şey İranda adi insanlarla bir kinoteatrda oturub bu filmə baxmaqdır. Bu, ən vacib şeydir”.

Paylaş: