Moldovanın paytaxtı Kişinyovda yerləşən “Rus Evi” 4 iyul tarixindən etibarən rəsmi olaraq fəaliyyətini dayandırıb.
Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın “Rossotrudniçestvo” qurumunun rəhbəri İqor Çayka açıqlayıb.
Qurumun fəaliyyətinin dayandırılması barədə qərar Moldova hökuməti tərəfindən hələ 2025-ci ilin dekabrında qəbul olunmuşdu. Rəsmi Kişinyov bu addımı Rusiyanın ölkədəki təsir imkanlarının məhdudlaşdırılması zərurəti ilə əsaslandırıb.
Xatırladaq ki, Bakıdakı “Rus Evi”nin (Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi) fəaliyyətinə 2025-ci ilin fevral ayında rəsmən xitam verilib.