Ötən il Azərbaycandan 460 nəfər Rusiyaya könüllü şəkildə köç edib.
Rusiya hakimiyyəti xaricdə yaşayan həmvətənlərin geri qayıdışını ölkənin miqrasiya siyasətində prioritet istiqamət kimi təqdim edir. Bununla belə, 2022-ci ildə Ukraynaya qarşı müharibə başlayandan sonra keçmiş SSRİ ölkələrindən bu proqram çərçivəsində köç edənlərin sayı kəskin azalıb. Statistikaya görə, Ukraynadan köç 18 dəfə, Tacikistandan 10 dəfə, Azərbaycan və Moldovadan 6 dəfə, Gürcüstandan 5 dəfə, Ermənistandan 4 dəfə, Qazaxıstandan isə 3 dəfə azalıb.