baki moskva 1 900x483 2

Azərbaycanın xarici siyasətində heç vaxt Kremlə qarşı açıq qınaq, təhdid və ittiham səsləndirilmirdi. Lakin məlum təyyarə qəzasından sonra bu, açıq şəkildə edilməyə başladı. Hazırda Moskva-Bakı münasibətlərində gərginlik davam edir.

İran, Aİ və ABŞ-la münasibətlərin normala yaxınlaşdığı vaxtda Moskva ilə konfrontasiya nədən xəbər verir? Bu qarşıdurmanın sonu necə yekunlaşa bilər?

Globalinfo.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan müstəqillik qazanandan bəri balanslı xarici siyasət kursuna üstünlük verib və bunun da nəticələrini görməkdəyik:

“Azərbaycanın xarici siyasətinin əsas prioritetlərdindən biri hər zaman qonşuları ilə normal münasibətlərin qurulması və əməkdaşlığın inkişaf etdirilməsi olub. Regionun böyük dövləti və gücü olaraq Rusiya ilə də hər zaman münasibətlər həssaslıqla qorunub, inkişaf etdirilib. Bunun sayəsində tərəflər arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Rusiya şovinst düşüncə tərzindən, böyük imperiya təfəkküründən azad olmadığı üçün bir çox hallarda Kremlin davranışları sərt, kobud olduğundan qonşularla münasibətlərində müəyyən problemlər yaradır”.

oqtay qasimov 5

Oqtay Qasımov

Politoloqun sözlərinə görə, Rusiya Ukrayna müharibəsi səbəbi ilə beynəlxalq səviyyədə üzləşdiyi sanksiyalara qoşulmayan Azərbaycana qarşı böyük sayğısızlıq etdi:

““Azərbaycan Hava Yolları”na məxsus təyyarəmiz Rusiya ərazisində vuruldu. Bu cinayət idi. Qəsdən cinayətin törədildiyini iddia etmirik. Sadəcə təyyarənin vurulmasından sonrakı davranışlar Azərbaycanda ciddi narazılıqlar və suallar yaratdı. Rəsmi Bakı bu sualların cavabının verilməsini istəyir. Lakin Rusiya israrla Azərbaycanın bu tələblərini geri çevirir və adekvat davranmır. Rusiya təyyarənin vurulmasında günahkar olanları aşkar edib cəzalandıracaqsa, təzminat ödənilib üzrxahlıq edəcəksə, aramızda heç bir problem ola bilməz”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: