Azərbaycandan Rusiyaya 612 min yumurta göndərildi

Azərbaycandan Rusiyaya ilk partiya olmaqla 612 min ədəd yumurta göndərilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxodnadzor) məlumatında deyilir.

“Dekabrın 19-da Azərbaycandan Rusiyaya 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının ilk partiyası Yaraq-Qazmalar keçid məntəqəsi vasitəsilə göndərilib”, – deyə bildirilib.