Azərbaycan zəlzələ bölgəsində evlər tikəcək

Azərbaycan hökuməti Türkiyənin Qəhrəmanmaraş şəhərində zəlzələ nəticəsində evləri dağılmış insanlar üçün min ev inşa edəcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Qəhrəmanmaraşda Südçü İmam Universitetinin Avşar yataqxanasında zəlzələdən zərərçəkən sakinlərlə görüşündə deyib.

O bildirib ki, evlərin inşası üçün artıq ərazilərin müəyyən edilməsi işlərinə başlanılıb.