Azərbaycanda yeniyetmə naməlum xəstəlikdən vəfat etdi


Gəncədə kirayədə qalan yeniyetmə naməlum xəstəlikdən vəfat edib.

Globalinfo.az xəbər verir ki, 2009-cu il təvəllüdlü Qusar rayon sakini Elnur Ulubəyovu qəflətən halı pisləşib və o, dərhal xəstəxanaya aparılıb. Buna baxmyaraq, yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Onun yüksək hərarətinin olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.