1542279019382535924 1200x630

“2026-cı ilin ilk iki ayının nəticələri göstərir ki, Azərbaycanda iqtisadi inkişafda qeyri-neft sektoru drayverə çevirilməkdədir”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı ekspert, deputat Vüqar Bayramov qeyd edib.

Deputat bildirib ki, bu dövrdə neftqaz sektorunda həm ÜDM, həm də sənaye istehsalı azalsa da, enerjidən kənar sektorlar inkişafı dəstəkləyiblər:

“Belə ki, 2026-cı ilin yanvar-fevral aylarında ÜDM neftqaz sektorunda 1.7 faiz azalsa da, qeyri neftqaz sahəsində isə 1,4 faiz artıb. Nəticədə, ümumi iqtisadiyyatda artım tempi qorunub saxlanılıb.

Qeyri neftqaz sektorunda daha böyük artımlar sənayedə qeydə alınıb. Belə ki, bu müddətdə qeyri neftqaz sektorunda sənaye istehsalı 7.4 faiz artıb, enerji sahəsində isə 0.8 faiz azalma qeydə alınıb. ÜDM-də olduğu kimi, sənayedə də qeyri-neft sektoru hesabına artım qeydə alınıb.

vuqar bayramov 1
Vüqar Bayramov

Son həftələr dünya bazarında neftin qiymətinin yüksək olmasına baxmayaraq, son göstəricilər də təsdiq edir ki, iqtisadiyyatın diversifikyasiyası daha da prioritetləşməkdədir. Enerji bazarında qiymət tarazlığının necə olmasından asılı olmayaraq, dayanıqlı və inkluziv inkişafın əsasını məhz güclü qeyri neftqaz sektoru formalaşdıra bilər”.

Paylaş: