Azərbaycanda intihar edən vəkillə bağlı yeni gəlişmə – FOTO

Vüsal Mirzəyevin üzərindən aşkar edilmiş əlyazmada ölümündə heç kəsi günahlandırmaması qeyd edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

***
10:55

Sumqayıtda intihar hadisəsi qeydə alınıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadla məlumatına görə, hadisə şəhərin 16-cı məhəlləsində baş verib.

Məlumata görə, Vüsal Qiyas oğlu Mirzəyev özünü yaşadığı həyətdə qaz borusundan asıb.

İntihar edən şəxs vəkil kimi fəaliyyət göstərirdi. Vəkilin hansı səbəbdən intihar erməsi bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.